Bakının Qələbə və 20 Yanvar dairələrinə gedən yollarda hərəkət dəyişdirilib

Bakının Qələbə və 20 Yanvar dairələrinə gedən yollarda hərəkət dəyişdirilib
17:58 26 Dekabr 2014
150 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının Qələbə və 20 Yanvar dairələrinə gedən yollarda hərəkətin istiqamətinə dəyişiklik edilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin etmək məqsədilə Qələbə dairəsi, Həsən bəy Zərdabi küçəsindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq Abdulvahab Salamzadə küçəsinə istiqamətləndirilib.

Eyni zamanda, Abdulvahab Salamzadə küçəsi köməkçi yolla Qələbə dairəsi istiqamətində hərəkət edən bütün nəqliyyat vasitələri 20 Yanvar dairəsi istiqamətində yönləndiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR