Ronaldu üzr istədi

Ronaldu üzr istədi
11:05 25 Yanvar 2015
200 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Kriştianu Ronaldu İspaniya La Liqasında "Kordoba"ya qarşı matçda qırmızı vərəqə aldığı üçün hər kəsdən üzr istəyib.

Qol.az-ın məlumatına görə, portuqaliyalı oyunçu bu barədə "Tvitter" hesabından yazıb:

"Hər kəsdən üzr istəyirəm.  Xüsusilə, rəqibin oyunçusu Edimara qarşı etdiyim düşüncəsiz hərəkətə görə ondan üzr istəyirəm".

Qeyd edək ki, K.Ronaldu qarşılaşmanın 83-cü dəqiqəsində Edimarın ayağına təpiklə vurub. Daha sonra o, rəqibin daha bir futbolçusunu sifətindən itələyib. Bu hərəkətlərinə görə portuqaliyalı oyunçu qırmızı vərəqə ilə cəzalandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR