Bakıda ixtiraçılıq sahəsində nailiyyətlərə görə II respublika müsabiqəsinin qalibləri təltif edilib

18:02 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:57 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə” II Respublika müsabiqəsinin qaliblərinin təltif edilməsi ilə bağlı tədbir keçirilib.


APA-Economics”in məlumatına görə, tədbiri giriş sözü ilə açan AzPatent sədri Miryaqub Seyidov bildirib ki, bu gün ölkədə belə müsabiqələrin keçirilməsi çox vacibdir.


Onun sözlərinə görə, bu tədbirin keçirilməsi ölkədə alimlərə və elm adamlarına kömək məqsədi ilə keçirilir: “İstər akademiyalardan, müxtəlif universitetlərdən və ali təhsil ocaqlarından patent sahəsində çalışan əməkdaşlara bu müsabiqədə iştirak etməyə müraciət olunub. Bundan başqa, bununla bağlı onlara AzPatent tərəfindən təcrübə kursları keçirilib”.


M. Seyidov deyib ki, Azərbaycanın AzPatent təşkilatı yaxın günlərdə Rusiyanın Əqli Mülkiyyət Akademiyası ilə saziş imzalanacaq: “Biz Rusiyanın patent təcrübəsindən yararlanmaq istəyirik. Bu bizim patentin beynəlxalq səviyyəsində qeydiyyata alınması prosedurlarını daha da asanlaşdırılmasına və tez qeydiyyata alınmasına yardım edəcək”.


O bildirib ki, müsabiqəyə 17 patent üzrə 25 ixtira daxil olub: “Bunun 6 patentini seçmişik. Bu patentlərə uğurla dünya səviyyəsində bazara girmək olar. Bu ölkəmizin uğurudur və bununla qürur duymaq olar”.


Sonda müsabiqədə qalib gələn və müsabiqədə iştirak edən iştirakçılara diplomlar və hədiyyələr təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR