Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edir

11:42 25 Yanvar 2015
135 Sosial
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 11:36 ]

Sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozulub

Bakı – APA. Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub.

 

Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq, Berd rayonunun Ayqepar, Mosesqex kənlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Əlibəyli, Ağdam, Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Baş Qərvənd, Novruzlu, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

 

Düşmən cavab atəşi ilə susdurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR