Suruculerin nezerine!

Suruculerin nezerine!
11:46 25 Yanvar 2015
287 Sosial
Ölkə mətbuatı
A- A+

Azerbaycanin Neqliyyat Nazirliyi sernisinlere xususi icaze olmadan xidmet gosteren taksi ve avtobus suruculerine qarsi mubarizeni sertlesdirmek niyyetindedir. ANS PRESS-in melumatina gore, bu barede Trend-e Neqliyyat Nazirliyinin Ictimaiyyetle elaqeler sobesinin mudiri Namiq Hesenov melumat verib. Hesenov deyib: “Sernisinlere gosterilen xidmetlerin keyfiyyetinin artirilmasi meqsedile qanunsuz xidmet gosteren taksi ve avtobus suruculerine munasibetde reydlere baslanir”.

Sobe mudirinin sozlerine gore, Neqliyyat Nazirliyi qanunla mueyyen olunmus cercivede xidmet gosterilmesine terefdardir. Hesenov bildirib ki, mehz bu meqsedle taksi suruculeri oz fealiyyetlerini qanunilesdirmek ucun xususi icazelerin alinmasi ucun muraciet etmelidirler: "Reydler habele qanunsuz sernisin dasiyan kicik tutumlu avtobuslarin suruculerine qarsi da aparilir. Butun bu hallar askar edilib aradan qaldirilacaq".

Onun sozlerine gore, sernisin avtobusu suruculerinin isine daim nezaret edilir. Neqliyyatin Intellektual Idareedilmesi Merkezinin xarici ve daxili musahide kameralarindan elde etdiyi melumatlara gore, 2014-cu ilde suruculerin sukan arxasinda telefonla danismasi ile bagli 23 309 hal, siqaret cekmesi ile bagli 12 750, avadanligin isine mudaxile ile bagli 59 941, elece de qanunsuz parketme ile bagli 20 333 hal qeyde alinib.

Hesenov deyib ki, bu, paytaxtin neqliyyat sisteminin daimi musahide ve nezaret altinda olmasindan xeber verir. “Oz novbesinde, qanunu pozanlara qarsi sert tedbirler gorulur. Bele ki, 2014-cu ilde 221 surucu baresinde inzibati protokol tertib edilib”.
Menbe
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR