Yağış nəticəsində Xətai rayonunda 3 evin həyətinə su dolub, 5 nəfər təhlükəsiz əraziyə köçürülüb

11:52 25 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 11:45 ]

Bakı - APA. Yanvarın 25-də səhər yağan yağışlar nəticəsində Bakı şəhərinin Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub, vətəndaşların evdən çıxması çətinləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR