Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

12:27 25 Yanvar 2015
236 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 12:20 ]


Balakən. Vüqar Heydərov - APA. Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib.

 

Balakən Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna  verilən məlumata görə, rayonun Sarıbulaq kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Barxalovun evində narkotik vasitə saxladığı barədə Balakən RPŞ-ə məlumat daxil olub. 

 

Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Zaur Barxalovun yaşadığı evdən küllü miqdarda - 722,46 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlayıb, Zaur Barxalov barəsində Balakən Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan qərarı çıxarılıb.


Qeyd edək ki, Balakən RPŞ əməkdaşlarının son iki gün ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu fakt daxil olmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 Balakən rayon sakini tutularaq istintaqa təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR