Yunanıstanda növbədənkənar seçkilər keçirilir

Yunanıstanda növbədənkənar seçkilər keçirilir
12:31 25 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhərdən etibarən Yunanıstanda növbədənkənar parlament seçkiləri başlayıb.

ANS PRESS-in məlumatına görə, seçkidə təxminən 9 milyon 909 min ölkə vətəndaşının iştirak etmək hüququ var. Onlar 4 il müddətinə birpalatalı parlamentə 300 üzv seçməlidirlər. Seçkidə 18 partiya və seçkiyə buraxılan 4 seçkiqabağı birlik iştirak edir.

Ehtimallara görə, seçkidə Radikal Solçuların Koalisiyası ("SİRİZA") qalib gələcək. Belə ki, keçirilən seçkiqabağı sorğularda bu partiya baş nazir Antonis Samarasın "Yeni demokratiya" partiyasından 6-10% daha məşhurdur. Amma baş nazirin fikrincə, yunanların 14%-i hələ kimə səs verəcəklərini müəyyənləşdirməyib. Məhz həmin 14% də "Yeni demokratiya"nın qalib gəlməsinə kömək edəcək.

Sorğuya əsasən, parlamentə 7 partiyanın düşmək şansı var. Bunun üçün isə partiyalar 3 faizlik baryeri aşmalıdırlar. İlkin nəticələrin axşam saatlarında açıqlanması gözlənilsə də, yekun nəticə bazar ertəsi səhər elan ediləcək.

Bu dəfəki seçkilərin əsas intriqası "Siriza" ilə bağlıdır. Belə ki, bu partiyanın lideri Aleksis Tsipras bildirib ki, qalib gələrsə, kreditorlardan ölkə borcunun nominal dəyərinin böyük hissəsinin silinməsinə çalışacaq. Beynəlxalq kreditorlar isə dərhal bildiriblər ki, borcun silinməsi mümkün deyil. Amma əgər Yunanıstan təkid edərsə, avrozona ilə vidalaşmalı olacaq. Lakin məsələ ondadır ki, Yunanıstan avrozonadan çıxsa belə, kreditorların 320 milyard dolları batacaq. Bundan əlavə, avrozonanın tərkibindən çıxmaq nəzərdə tutulmadığı üçün o, zəif və davamlı olmayan bir birlik kimi tanınacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR