Azərbaycanın tam rəqəmsallaşmasına 1 faiz qaldı

Azərbaycanın tam rəqəmsallaşmasına 1 faiz qaldı
12:33 25 Yanvar 2015
265 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub. Bunu Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.

2014-cü ilin yekunları üzrə İB rəqəmsal TV siqnalının 26 ötürücü aparatını istismara verib.

İB-dən deyiblər ki, Azərbaycan rəqəmsal televiziya yayım standartına keçməyə tam hazırdır. Azərbaycanda rəqəmsal televiziya standartına tam keçid 2015-ci ilin ikinci yarısında gözlənilir.

Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR