Belə səhvə kim sevinməz: görün hamburger paketindən nə çıxdı

Belə səhvə kim sevinməz: görün hamburger paketindən nə çıxdı
12:37 25 Yanvar 2015
278 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur Burger-Kinq (Burger King) qəlyanaltısının işçiləri hamburger istəyən müştəriyə kassanın bütün pullarını veriblər.

Anspress-in məlumatına görə, hadisə ABŞ-ın Nyu-Hempşir ştatının Roçester şəhərində baş verib.

Canel Cons sifarişin verilməsi üçün maşınla pəncərəyə yaxınlaşır və maşından çıxmadan içki və sendviç sifariş verir. Şifariş olan paketi alıb, anında restoranın maşınlar üçün sifariş bölməsindən çıxır.

Evə gedərkən yolda paketi açdıqda Canel gözlərinə inanmır. Paketin içində topa pul görür. Pullar məxsusi paketlərə yerləşdirilmişdi və güman edilir ki, işçilər onu banka yatırmalı idilər.

Canel yoldaşına zəng edir və onlar pulun qəlyanaltıya qaytarılmasında razılaşırlar. Burger Kinq-də hadisəni təsdiq etsədələr də, pulun sifariş paketinə necə düşdüyü barədə məlumat verməyiblər.

Canel deyir ki, qəlyanaltının meneceri öz təşəkkürünü bildirərək, ona 5 dəfə pulsuz nahar verəcəkləri barədə söz verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR