Porosenko 25 yanvari Ukraynada matem gunu elan edib

Porosenko 25 yanvari Ukraynada matem gunu elan edib
12:57 25 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 12:54 ]

Baki – APA. Ukrayna prezidenti Petro Porosenko Mariupolda helak olanlarin xatiresine ehtiram elameti olaraq 25 yanvarin olkede matim gunu elan edilmesi haqqinda ferman imzalayib.

APA-nin melumatina gore, ferman Ukrayna prezidentinin saytinda yerlesdirilib.

 

“Terrorcularin yanvarin 24-de Mariupol seherini intensiv atese tutmasi neticesinde helak olan sakinlerin xatiresine ehtiram elameti olaraq yanvarin 25-i Ukraynada matim gunu elan edilsin”, - deye fermanda bildirilir.

 

Bundan basqa, butun Ukrayna erazisinde Ukrayna vaxti ile saat 12.00-da helak olanlarin xatiresi 1 deqiqelik sukutla yad edilecek.   

 

Hemcinin dovlet bayraqlari endirilecek, eylenceli tedbirler kecirilmeyecek, bu xarakterli televiziya ve radio proqramlari numayis etdirilmeyecek.

 

Qeyd edek ki, Ukraynanin Donetsk vilayetinin Mariupol seherinin yanvarin 24-de separatcilar terefinden “Qrad” qurgularindan atese tutulmasi neticesinde 30 dinc sakin helak olub, 86 nefer yaralanib. Helak olanlardan 2-si usaqdir.  

 

Mariupol iqtisadi ve herbi-strateji cehetden hedden artiq vacib bir menteqedir. Azov denizinin sahilinde yerlesen seherin yarim milyona yaxin ehalisi var. Mariupol hem iri deniz imani, hem de Ukraynanin vacib metallurgiya ve masinqayirma merkezidir. Separatcilarin ve Rusiya ordusunun hem iqtisadi baximdan ehemiyyetine gore, hem de Krima quru yolu acmaq ucun Mariupolu ele kecirmeye calisacagi barede tez-tez fikirler seslenir. Seheri Ukrayna Silahli Quvvelerinin bolmeleri, elece de “Azov” alayi ve “Dnepr-1” batalyonu mudafie edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR