Bu şəkillərə baxın, gəlin!!! - FOTO

Bu şəkillərə baxın, gəlin!!! - FOTO
13:05 25 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Dünən gecədən yağan yağış Bakıda çoxlarını dərdə batırıb.
Gecə Xətai rayonunda 3 ailəni evə dolmuş suyun əlindən xilas edən Fövqəladə Hallar Nazirliyi gündüz Binəqədidən daxil olan şikayətə qulaq da asmayıb.

Oxucularımızdan birinın Milli.Az-a göndərdiyi məktubu diqqətinizə çatdırırıq: 

"Sabahınız xeyir! Sizdən bir xahişim var. Binəqədi ərazisində yağan yağış nəticəsində yaşayış sahələrini su basıb! Haraya zəng vursaq, kimsə qabağa durmur! Bəlkə, şəkil göndərsək, heç olmasa, kimisə bu maraqlandırar.

İnanmazsınız, amma nə FHN, nə su idarəsi, nə "qaynar xətt" - heç kəs heç qulaq da asmaq istəmədi".

Güman edirik, bu şəkilləri görən aidiyyatı qurumlar suyun əlində əsir qalan vətəndaşlarımıza yardım əli uzadacaqlar.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR