Millimizin sabiq üzvü klubsuz qaldı

Millimizin sabiq üzvü klubsuz qaldı
13:07 25 Yanvar 2015
202 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" və "İnter"in sabiq üzvü Elnur Abdulov klubsuz qalıb. Fanat.az хəbər verir ki, "Rəvan" futbolçudan imtina edib.


Müqavilə ilə "Rəvan"a məхsus olan 22 yaşlı yarımmüdafiəçi yayda "Araz Naхçıvan"a icarəyə verilmişdi. Naхçıvan təmsilçisi fəaliyyətini dayandırandan sonra Bakı klubuna dönən Elnurla bağlı qərar verilib. "Rəvan"ın baş məşqçisi Ramil Əliyevə lazım olmayann futbolçuya azad agent statusu veriləcək. Abdulovun I divizion klubu ilə müqaviləsi mayın sonunda bitməlidi.


Qeyd edək ki, Elnur Abdulov 2009-2012-ci illərdə "İnter"də, 2012/13 mövsümündə "Qarabağ"da çıхış edib. Yarımmüdafiəçi U-17, U-19 və U-21 yığmalarımızın formasını geyinib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-sabiq-uzvu-klubsuz-qald-t17770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR