Yanvarın 25-i Ukraynada matəm günü elan edilib

Yanvarın 25-i Ukraynada matəm günü elan edilib
13:48 25 Yanvar 2015
81 Dünya
Ölkə mətbuatı
A- A+


Kiyev, 25 yanvar, AzərTAc
Yanvarın 24-də Donetsk vilayətinin Mariupol şəhərinin artilleriya atəşinə tutulması ilə əlaqədar, yanvarın 25-i Ukraynada matəm günü elan edilib. Bu gün Ukrayna dövlətinin başçısı Pyotr Poroşenkonu bu barədə müvafiq Fərman imzalayıb.
Xatırladaq ki, Mariupolda 30 dinc sakin, o cümlədən iki uşaq həlak olub, şəhərin daha 95 sakini, o cümlədən 9 uşaq yaralanıb. Zərərçəkmişlərin sayı artmaqdadır.
Bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00 – AzərTAc), Ukrayna xalqı həlak olanların xatirəsini bir dəqiqə sükutla yad edəcək.
Zeynal Ağazadə,
AzərTAcın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvarin_25_i_Ukraynada_matem_gunu_elan_edilib-827391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR