Bakının Babək prospektində adam öldü

Bakının Babək prospektində adam öldü
13:52 25 Yanvar 2015
159 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Babək prospektində, "Dəniz" mebel evinin qarşısında Cəlilov Aydın Əli oğlu idarə etdiyi "Lexus" markalı, 90 UV 004 nömrə nişanlı avtomobillə piyadanı vurub. Sürücü hadisədən dərhal sonra yaralı piyadanı öz avtomobili ilə Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasına gətirib. Lakin 50-55 yaşlı həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
 
Araşdırmalardan sonra yol qəzası nəticəsində dünyasını dəyişən şəxsin paytaxt sakini, 1960-cı il təvəllüdlü Əlixanov Murad Əlixan oğlu olması müəyyən edilib.
 
Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırmalar davam etdirlir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR