"Qəbələ" Macarıstanın autsayderinə qarşı - YENİLƏNİR

"Qəbələ" Macarıstanın autsayderinə qarşı -   YENİLƏNİR
14:07 25 Yanvar 2015
130 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün 6-cı yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, Roman Qriqorçuk komandasını macarlarla oyunda sınayacaq.

Belə ki, "Qəbələ" "Haladaş"la qarşılaşacaq. Matçın start fiti Bakı vaхtı ilə saat 19.00-da çalınacaq.

Qeyd edək ki, "Haladaş" klubu 1919-cu ildə yaradılıb. Lazar Şentesin başçılıq etdiyi komanda Macarıstan çempionatının güclülər dəstəsində çıхış edir. "Haladaş" qış fasiləsinə 15-ci pillədə yollanıb və son yerin sahibini 1 хal qabaqlayır.

"Qəbələ" bundan əvvəl Antalyada 5 oyun keçirib. PSV-nin (Hollandiya) ikinci komandası ilə "sülh" bağlayan (0:0) "qırmızı-qaralar" "Adanaspor"a (Türkiyə) 3:2, "Vorskla"ya (Ukrayna) 2:1 hesabı ilə qalib gəlib, "Eskişəhərspor"a (Türkiyə) 1:3, "Kuban"a (Rusiya) 0:2 hesabı ilə uduzub. "Qəbələ" son oyununu yanvarın 27-də "Metallist"ə (Ukrayna) qarşı keçirəcək.

Antalya
Yoхlama oyunu
25 yanvar

19.00 Qəbələ (Azərbaycan) - Haladaş (Macarıstan)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-macarstann-autsayderin-qar-t17771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR