Şəki sakini hamamda öldü

Şəki sakini hamamda öldü
14:57 25 Yanvar 2015
194 Digər
Ölkə mətbuatı
A- A+

Ürək xəstəsi yıxılıb və beyninə qan sızıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, dünən saat 19:43-də Şəkidə bədbəxt hadisə baş verib.

1956-cı il təvəllüdlü, Şəki şəhəri Nəriman Nərimanov küçəsi, 79-cu kvartal, ev 2 ünvanında yaşayan İmaməliyev Adil Məmməd oğlu vanna otağında çimərkən yıxılıb. Hadisə yerinə dərhal Şəki Təcilli Tibbi Yardım Stansiyasının əməkdaşları gəlsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Yıxılaraq başdan zədə alan Adil İmaməliyev beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Mərhumun son zamanlar ürək xəstəliyindən əziyyət çəkdiyi də bildirilir.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR