Yağış Binəqədi sakinlərini evdə dustaq etdi

Yağış Binəqədi sakinlərini evdə dustaq etdi
15:01 25 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda 10-a yaxın evi su basıb.

ANS PRESS-in qaynar xəttinə daxil olan şikayətə əsasən, yağış nəticəsində Binəqədi rayonunda, təzə tikililər adlanan ərazidə, "White palace" şadlıq sarayının arxasındakı 10-a qədər evin həyətyanı sahəsini su basıb.

Həmin ərazidə yaşayan şikayətçi Ramal Əhmədovun sözlərinə görə, evdən çıxmaq mümkün deyil, həmin yerdəki maşınlar da xarab olub yolda qalıb.

Sakinlər bununla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng etsələr də, nazirlikdən bildirilib ki, bu, İcra Hakimiyyətinin işidir. Bundan sonra onlar İcra Hakimiyyətinə müraciət etmək istəsələr də, icra hakimiyyətindən cavab verməyiblər.

Xatırladaq ki, bu, ilk belə hadisə deyil. Belə ki, dünən gecə yağan yağış nəticəsində Xətai rayonunda da bir neçə evi su basdığı üçün sakinlər evlərindən çıxa bilmirdilər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR