"Azadlıq" radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib - YENİLƏNİB-1

18:22 26 Dekabr 2014
70 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 18:07 ]

Bakı. Şəhriyar Əlizadə - APA. "Azadlıq" radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib.

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, ofisin möhürlənməsi barədə hər hansı səbəb göstərilməyib.
 
Qeyd edək ki, bu gün saat 10:30 radələrində Baş prokurorluğun əməkdaşları ofisdə axtarışda başlayıblar.
 
 
***
 
saat 12.50

 
Bakı. Fuad Cəfərov - APA. Baş Prokurorluq "Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarışa münasibət açıqlayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, "Azadlıq" radiosunun Bakı bürosunda məhkəmənin qərarı ilə aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
 
 
***
 
saat 12.30

 
Bakı – APA. Bu gün saat 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” padiosunun Bakı bürosunda axtarışa başlayıblar.
 
APA-nın xəbərinıə görə, bu barədə radionun saytında məlumat yerləşdirilib.
 
Məlumatda deyilir ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
 
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa radionun iki əməkdaşı da qoşulub.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR