“Şahdağ”da elektrik enerjisi istehsalı 415,4 milyon kilovat-saatdan çox olub

15:13 25 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
“Şahdağ” Elektrik Şəbəkəsi Müəssisəsində 2014-cü ilin dekabr aynda 42,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. İl ərzində isə elektrik enerjisi üzrə istehsal 415,4 milyon kilovat-saatdan çox olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, “Şahdağ” ın istismara verilməsi ölkənin şimal bölgəsinin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında əhəmiyyətli rol oynayır. Həmçinin bu, bölgənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu stansiya “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR