Obama Hindistandadır

Obama Hindistandadır
15:44 25 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın Hindistana səfəri başlayıb. Lent.az-ın məlumatına görə, dövlət bayramı münasibəti ilə Hindistandakı tədbirlərə fəxri qonaq kimi qatılan Obamanı Yeni dehlidəki hava limanında ölkənin baş naziri qarşılayıb. Yüksək səviyyəli təhlükəsizliklə təmin edilən ABŞ lideri birbaşa hökumət sarayına gedib.

 

Qeyd edək ki, Obamanın Hindistan səfəri 3 gün davam edəcək. Səfər çərçivəsində geosiyasi məsələlər, iqlim dəyişikliyi, terrorla mübarizə, dünya valyutalarının vəziyyəti və digər mövzular ətrafında da ikitərəfli fikir mübadilələri aparılacaq.

 

Bu arada Baraq Obama qısa müddətə Səudiyyə Ərəbistanına - kralın yas mərasiminə gedəcəyindən onun Tac Mahalı gəzintisi proqramı təxirə salınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR