O videodan sonra zəng etdi (VİDEO)

O videodan sonra zəng etdi (VİDEO)
16:06 25 Yanvar 2015
262 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyalı girovun İŞİD yaraqlıları tərəfindən qətlə yetirilməsini göstərən video yayılandan sonra Yaponiyaya başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, Obama ABŞ prezidenti Barak Obama Yaponiyanın Baş naziri Şinzo Abeyə zəng edərək,, ğlkəsinin Yaponiyanın yanında olduğunu bildirib.

Cənab Abe Haruna Yukava adlı girovun İŞİD tərəfindən öldürülməsini göstərən videonun gerçək olduğunu qəbul edib. Baş nazir videoda göstərilən ikinci yaponiyalı girovun azad edilməsini tələb edib. Məlumata görə, ikinci girov Kenji Gotodur. Çərşənbə axşamı İŞİD demişdi ki, Yaponiya 72 saat ərzində $200 milyon (156 milyon AZN) ödəməsə iki kişi öldürüləcək.

Qeyd edək ki, terrorçuların saytında yapon girovlarından birini öldürüldüyü barədə xəbər yazılıb. Saytda audioyazı da yerləşdirilib. Girov Kendzi Qoto Dzeqo əlində öldürülmüş Xarunı Yukavınin fotosunu tutaraq Yaponiya dövlətinə müraciət edib: “Siz məni tutanların təhdidlərini ciddi qəbul etmədiniz və 72 saat ərzində heç bir iş görmədiniz. Mənim sevimli arvadıma deyirəm ki, səni sevirəm. İki qızım üçün darıxıram. Zəhmət olmasa məni öldürməyə imkan verməyin".


Yaponiyanın iki vətəndaşlarından ötrü iki yüz milyon dollar ödəmək üçün terrorçular tərəfindən verilmiş üçgünlük vaxt başa çatıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama İŞİD tərəfindən yaponiyalı girovu öldürülməsini qətiyyətlə pisləyib. Qeyd edək ki, Barak Obama Hindistana səfərindən əvvəl yaponiyalı girovun İŞİD yaraqlıları tərəfindən edam edilməsi ilə bağlı yazılı açıqlama vermişdi. “ABŞ olaraq İŞİD terror qruplaşmasının Yaponiya vətəndaşı Haruna Yukavanı vəhşicə öldürməsini şiddətlə qınayırıq” – deyə B.Obama vurğulayıb.

Ağ Ev rəhbəri hərbi jurnalist Kenki Qoto və digər girovların tez bir zamanda buraxılmasını tələb edərək, müttəfiqləri Yaponiya ilə çiyin-çiyinə durduqlarını sözlərinə əlavə edib.

Məsələ ilə bağlı həmçinin ABŞ Dövlət Katibi Con Kerri də təəssüfləndiyini qeyd edib.

Xatırladaq ki, ötən gün İŞİD terror qruplaşması tərəfindən edam edilən 42 yaşlı Yukava ötən ilin avqustunda girov götürülmüşdü.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR