Rəşad Sadiqov "Qəbələ"də

Rəşad Sadiqov "Qəbələ"də
18:23 26 Dekabr 2014
180 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

“Qəbələ” klubu 2014/15 mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Trend klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” heyətini Rəşad Sadiqovla gücləndirib. Bu gün 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib.

R.Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.

Qeyd edək ki, R.Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR