Balakəndə aqrar sahədən əldə olunan gəlir bir ildə 2 milyon manat artıb

Balakəndə aqrar sahədən əldə olunan gəlir bir ildə 2 milyon manat artıb
16:43 25 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+


Balakən, 25 yanvar, AzərTAc
Ötən il Balakən rayonunda aqrar sahədən ümumilikdə 59,5 milyon manatlıq gəlir əldə edilib. Bu, əvvəlki illə müqayisədə 2 milyon manat çoxdur. İstehsal olunan məhsulun 54,3 faizi bitkiçilik, 45,7 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
Bu məlumatı AzərTAc-a Balakən Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən veriblər. Məlumatda bildirilir ki, 2014-cü ilin quraq keçməsinə baxmayaraq, görülən qabaqlayıcı aqrotexniki tədbirlər nəticəsində bitkiçilikdə məhsuldarlığın aşağı düşməsinin qarşısı alınıb. Balakənli fermerlər il ərzində 39,6 min ton dən qarğıdalı, 22,2 min ton tərəvəz, 7,1 min ton kartof, 631 ton lobya, 3,2 min ton bostan məhsulları istehsal ediblər.
Meyvəçiliyin inkişaf etdirilməsinə diqqət artırılıb, əvvəlki illərdə salınan 176 hektar meyvə bağlarına lazımı qulluq göstərilib. 2014-cü ildə rayonda 28,6 min ton meyvə istehsal olunub. Məhsulun 14,2 min tonu xurma, 3,9 min tonu fındıq, qalanı isə digər meyvələr olub. İstehsal olunan xurma və fındığın daxili və xarici bazarlarda satışı təmin edilib.
Keçən il Balakən rayonunda heyvandarlıq məhsulları istehsalında da artım müşahidə olunub. Belə ki, əvvəlki illə müqayisədə ət istehsalı 96 ton, süd istehsalı 1131 ton, yun istehsalı 1,7 ton, yumurta istehsalı isə 173 min ədəd artıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR