1250 ölü ilə bağlı açıqlama

1250 ölü ilə bağlı açıqlama
16:56 25 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

Peşmərgə xlor qazı yüklü tankerin partladılması haqqında xəbərlərdən sonra açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, Şimali İraq Kürd Muxtariyyətinin Peşmerge Nazirliyinin katibi Cabbar Yavər verdiyi açıqlamada bu xəbərlərin həqiqətə uyğun olmadığını deyib.

"Biz nazirlik olaraq hərbi qüvvələrimizə sıravi vətəndaşların yaşadığı yerləri qətiyyən bombalamamaları haqqında təlimat vermişik. Sadəcə İŞİD hərbi mərkəzləri və İŞİD-çilərin gizləndiyi yerlər vurulur. Peşmərgənin hərbi əməliyyatları zamanı indiyədək yerli xalqlar zərər görməyib. Mosulda tankerin partladılması, kimyəvi hücum haqqında yayılan xəbərlər həqiqətə uyğun deyil və Peşmərgəni ləkələmək üçündür", - deyə o əlavə edib.

Xatırladaq ki, bir neçə saat əvvəl Peşmərgənin Mosulda xlor yüklü tankeri partlatması, nəticədə içərisində türkmənlərin də olduğu 1250 sıravi insanın öldüyü haqqında xəbərlər yayılmışdı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR