Mir Cəlal Paşayevin dosent qızı - foto

Mir Cəlal Paşayevin dosent qızı - foto
17:11 25 Yanvar 2015
483 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tanınmış simalarının övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Axşam.az modern.az-a istinadən “Məşhurların övladları” adlı rubrikasını təqdim edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız Azərbaycan Respublikasının əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin qızı Ədibə Paşayeva haqqındadır.

Mir Cəlal Paşayev Cənubi Azərbaycanda doğulandan sonra ailəsiylə birgə Gəncəyə köçüb, burada orta təhsilini bitirdikdən sonra Kazan Pedaqoji İnstitutunda ali təhsil alıb. Sonralar jurnalist kimi "Kommunist", "Gənc işci" qəzetlərində işləyib, müəllim kimi Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Universitetində dərs deyib. Böyük Vətən Müharibəsində iştirak edən Mir Cəlal Paşayev sonralar əsəbi əsərlərilə məşhurlaşıb, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, bir çox mükafatlarla təltif olunub.
1978-ci ildə vəfat etmiş Mir Cəlal Paşayevin həyat və yaradıcılığı bu gündə öyrənilir, əsərləri tədris olunur.

Ədibə Mir Cəlal qızı Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960-65-ci illərdə Azərbaycan Dövlət Universitetində (ADU) təhsil alıb. Ədibə xanım ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə ADU-da başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər ADU-nun rus ədəbiyyatı kafedrasının müəllimi 1979-cu ildən baş müəllimi, 1988-ci ildən xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib.

2004-cü ildən BDU-da humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olan Ə.Paşayeva 2005-ci ildən həmin kafedranın dosentidir. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ə.Paşayeva bir neçə kitabın müəllifidir.

Ə.Paşayeva hazırda da BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent vəzifəsində çalışmaqda davam edir. Ailəlidir, iki övlad anasıdır.

Ədibə Paşayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bibisidir.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR