Qətərin nüfuzlu “Al-Sharq” qəzeti 20 Yanvar qırğınından bəhs edib

Qətərin nüfuzlu “Al-Sharq” qəzeti 20 Yanvar qırğınından bəhs edib
17:23 25 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
Qətər Dövlətinin nüfuzlu mətbu orqanlarından olan ərəbdilli “Al-Sharq” qəzeti Bakıda törədilən 20 Yanvar qırğınının 25-ci ildönümündən bəhs edib.
Azərbaycanın Dohadakı səfirliyindən AzərTAc-a daxil olan məlumata görə, məqalədə erməni millətçilərinin 1980-ci illərin ikinci yarısında Sovet İttifaqında yaranmış vəziyyətdən sui-istifadə etdikləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək kimi məkrli istəklərini həyata keçirmək üçün SSRİ rəhbəri M.Qorbaçovdan dəstək aldıqları vurğulanır. Bildirilir ki, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar addımlarının açıq-aşkar dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, yüzlərlə günahsız insanın ölümü ilə nəticələndi. O dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, informasiya blokadasını yararaq xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.
Məqalədə qeyd olunur ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olub: “Bu hadisələrdən sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli Fərmanı ilə 20 Yanvar qurbanlarına “20 Yanvar şəhidi” statusu verildi”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeterin_nufuzlu_Al_Sharq_qezeti_20_Yanvar_qirginindan_behs_edib-827405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR