İşsizlik rəsmi Parisi üzür

İşsizlik rəsmi Parisi üzür
18:31 26 Dekabr 2014
90 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada işaxtaranların sayı rekord yüksək səviyyəyə çatıb. Noyabrda onların sayı 27,400 nəfər artaraq indiyədək ən yüksək səviyyəyə - 3,488,300 nəfərə çatıb. Bu isə işsizlərin sayının ötən illə müqayisədə 5,8% artdığını göstərir.

ANS PRESS-in BBC-yə istinadla verdiyi xəbərə görə, iddiaçıların sayı üç aydır ardıcıl olaraq artıb. Hökumət isə bu il iqtisadi artımın 0,4% olacağını proqnozlaşdırıb. Statistika sosial müavinət və iş üçün milli işsizlik agentliyinə müraciət edənlərin sayına əsasən hesablanıb.

Beynəlxalq Əmək Təşkilatının sorğulara əsasən, hazırladığı digər statistikaya görə, bu ilin 3-cü rübündə Fransada işsizlərin sayı 2,84 milyon nəfərə çatıb. Bu isə o deməkdir ki, işsizliyin səviyyəsi 9,9% olub.

Daha çox iş yerinin yaradılması 2012-ci ildə seçilən prezident Fransua Ollandın seçki kampaniyasının əsasını təşkil edirdi. Bu yaxınlarda o, istəyinə nail olmasa, 2017-ci ildə namizədliyini bir də verməyəcəyini bildirib.

Fransanın baş naziri Manuel Vals və iqtisadiyyat naziri Makron bazar günləri fəaliyyət göstərən şirkətlərlə bağlı plan açıqlayıblar. Yeni islahatlara görə, rəqabəti artırmaq üçün qanunla tənzimlənən sektorlarda da vəzifə tutmaq asan olacaq. Tam icra olunacağı təqdirdə belə, sözügedən derequlyasiya strategiyasının uğurlu olacağı hələlik naməlumdur.

Xatırladaq ki, Parisdə minlərlə insan, hətta hakim Sosialist Partiyasının üzvləri sözügedən islahatlara etiraz ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR