İnqilab "bayramı"nda beş nəfər həlak oldu - FOTO

İnqilab "bayramı"nda beş nəfər həlak oldu - FOTO
18:05 25 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə inqilabın ildönümü yeni qurbanların qanı axdı

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu gün Misirin müxtəlif əyalətlərində polislə toqquşmalarda 5 nəfər ölüb, 20-dən çox yaralı var. Bu, ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumatdır.

Qurumun bəyanatında bildirilir ki, qanlı olaylar Qahirə, İskəndəriyyə və Kafr əş-Şeyx vilayətində baş verib.

Bildirək ki, Misirdə bu gün "25 yanvar inqilabı"nın dprdündü ildönümü qeyd edilirdi. Bu inqilab nəticəsində Hüsni Mübarək istefaya getmişdi.

Adəti üzrə qarşıdurmaya çevrilən bayram zamanı polis və hərbi qüvvələr ölkənin küçə və meydanlarında gücləndirilmiş iş rejiminə keçiblər. Təhrir meydanı isə etriazçılardan tanklar və tikanlı məftillərlə mühafizə olunub.

Şənbə günü isə Qahirədə, polis etirazçıları dağıdan zaman Misirin Sosial Xalq Alyansı partiyasının üzvü Şeyma Sabbaq ölümcül yarakanıb. Fəal qadının ölümü xalq arasında narazılıq yaradıb.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR