Prosineçki Mirbağır İsayevi necə sevindirib?

Prosineçki Mirbağır İsayevi necə sevindirib?
18:12 25 Yanvar 2015
103 İdman
Ölkə mətbuatı
A- A+

"İki həftə davam edən təlim-məşq toplanışımız səmərəli keçdi. Həm fiziki məşqlər keçdik, həm də yoxlama oyunlarında gücümüzü sınadıq. Komanda elit-raundun oyunlarına 70 faiz hazırdı. Yoxlama oyunlarında çatışmazlıqları gördük. Təbii ki, səhvlər oldu və onları düzəltməyə çalışırıq". Fanat.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.


Yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi fikirlərini bildirib. İsayev deyib ki, yığma fevralda Rusiya ilə iki yoxlama oyunu keçirəcək: "Növbəti toplanışımız fevralda Bakıda olacaq. Həmin hazırlıq zamanı 2 yoxlama oyunu da keçirəcəyik. Qarşılaşacağımız komanda da məlumdu. Fevralın 18-də və 20-də Rusiyanin U-17 yığması ilə qarşılaşacağıq. Elit-raunddakı rəqiblərimiz haqda mütəmadi məlumatlar toplayırıq. Portuqaliya, Serbiya və Xorvatiya yığmasının iştirakı ilə keçirilmiş oyunların videoyazısı var. Yaxın günlərdə Xorvatiya komandasının son oyunlarından birinin də videoyazısını əldə edəcəyik. Bir sözlə, qalan vaxtdan hazırlıq üçün maksimum istifadə etməyə çalışırıq".


Baş məşqçi Robert Prosineçkinin yoxlama oyunlarını izləməsindən danışıb: "Bizim üçün sevindirici cəhətlərdən biri də milli komandanın baş məşqçisi Robert Prosineçkinin məşqlərimizi və yoxlama oyunlarımızı izləməsidi. Onunla görüşümüz oldu. Prosineçki futbolçularla bağlı fikrini açıqladı, müəyyən tövsiyələr verdi. Antalyada olduğumuz müddətdə Məşqçilər Şurasının üzvləri ilə də görüşdük, fikir mübadiləsi apardıq. Onlar da öz tövsiyələrini bildirdilər".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-mirbar-sayevi-nec-sevindirib-t17777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR