Poroşenko təcili iclas çağırdı

Poroşenko təcili iclas çağırdı
18:16 25 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Donetskdə vəziyyətin gərginləşməsi ilə əlaqədar bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirib.

ANS PRESS-in məlumatına görə, o, iclasda Mariupoldakı silahlı atışma nəticəsində 2-si uşaq olmaqla 30 nəfərin öldüyünü deyib.

Prezident toplantıda daha 92 nəfərin yaralandığını, onlardan 17-nin vəziyyətinn ağır olduğunu, 30 binanın zərər gördüyünü də bildirib.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri yanvarın 24-də separatçılar tərəfindən “Qrad” qurğularından atəşə tutulub. Bununla əlaqədar Pyotr Poroşenko yanvarın 25-nin ölkədə matəm elan edilməsi haqqında fərman verib. Matəm səbəbilə dövlət bayraqları endirilib. Həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR