Göyçayda yük maşını 69 yaşlı piyadanı vuraraq öldürüb

18:22 25 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 18:16 ]

Göyçay. Elvin Yaqubov - APA. Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.

 

Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR