ADİU-da “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilib - FOTO

18:32 26 Dekabr 2014
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 18:28 ]

Bakı. Könül Kamilqızı – APA. Dekabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilib.

 

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəbin Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov tədbiri giriş sözü ilə açaraq universitetin rektoru, professor Ədalət Muradovun təbriklərini professor-müəllim heyəti və tələbələri çatdırıb. D.Bağırov bildirib ki, dünya azərbaycanlılarının birliyi ideyası Heydər Əliyevin dövlətçilik tarixindəki ən böyük xidmətlərindən biridir.


Sonra YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova bildirib ki, prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir.
 

Sonra tədbir tanınmış incəsənət ustalarının və ADİU tələbələrinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR