Almaniya türk gəncin qəhrəmanlığından danışır - FOTO

Almaniya türk gəncin qəhrəmanlığından danışır - FOTO
18:27 25 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın dövlət telekanalı Offenbax şəhərində 2 alman qızını təcavüzçü gənclərdən qorumağa çalışarkən öldürülən 22 yaşlı türk qızı Tuğçe Albayrakdan sonra daha bir türkdən söz açıb.

Anspress-in məlumatına, bu dəfə müzakirə mövzusu Burhan İlkan adlı türk gənci olub. O, Köln şəhərində bənzər bir hadisədə hücuma məruz qalıb və döyülərək ağır yaralanıb.

İkinci dövlət kanalı ZDF-in xəbər bülletenində reportajı ekrana gətirilən Burhan İlhan evinin əşyalarını daşıdıqları zaman çətinlik çəkən ata və oğula kömək edərkən təzyiqə məruz qalıb. Qrup halında gələn şəxslər Burhan İlkana hücum edərək dəmir çubuqlarla baş və bədəninə vurublar. Türk gənc aldığı xəsarətlərdən komaya düşüb.

Başındakı qırıqlar səbəbilə bir neçə dəfə əməliyyat olunan Burhan İlhan ata və oğula kömək etdiyi üçün peşman olmadığını deyir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR