Göyçay sakini yük maşınının altında qaldı

Göyçay sakini yük maşınının altında qaldı
18:32 25 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.
 
Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.
 
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR