Azərbaycanın müdafiə naziri Bəhreyn kralı ilə görüşüb

Azərbaycanın müdafiə naziri Bəhreyn kralı ilə görüşüb
18:32 26 Dekabr 2014
77 Sosial
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 18:28 ]

Bakı. Rəşad Süleymanov – APA. Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin kralı Şeyx Həməd bin İsa Əl Xəlifə tərəfindən qəbul edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə. Z. Həsənov səmimi qəbul üçün krala minnətdarlığını bildirərək Azərbaycan prezidenti İlham Əliyevin salamını çatdırıb.

 

Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə öz növbəsində bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlar və ölkələr arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayıb. Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

 

Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR