Bakıda həbsxanada görün nə etdilər

Bakıda həbsxanada görün nə etdilər
18:59 25 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəndi oyub içinə heroin yerləşdiriblər

Bakıdakı cəzaçəkmə müəssisələrinin birinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini vətəndaş Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi xalis çəkisi 2,14 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
 
Fakt  üzrə araşdırma aparılır.
 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR