Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 75 illik yubileyi qeyd edilib - FOTO

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 75 illik yubileyi qeyd edilib - FOTO
18:32 26 Dekabr 2014
75 Sosial
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 18:28 ]

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu çatırıb.

 

Məktubda qeyd olunub ki, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərdiyi 75 il ərzində şanlı bir yol keçib. Hərbi donanma üçün minlərlə yüksək ixtisaslı kadrlar yetişdirib. Məktəbin yetirmələrindən 20 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Məktəbdə xüsusi fakültələrin mövcud olduğu dövrdə Avropa, Asiya, Afrika və Latın Amerikasının 32 ölkəsinin gəncləri burada təhsil alıb və həmin ölkələrin hərbi dəniz qüvvələri üçün 5 mindən çox dənizçi zabit hazırlanıb. Məktəb Kuba, Almaniya və Vyetnam dövlətlərinin yüksək ordenlərinə layiq görülüb. 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyinə verilən məktəb Bakı Ali Hərbi Dənizçilik Məktəbi kimi fəaliyyətini davam etdirib, 20 avqust 2001-ci il tarixdə isə prezident Heydər Əliyevin fərmanı ilə adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılıb.

 

Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor M.Almazov çıxış edərək bu məktəbin məzunu olduğundan qürur duyduğunu bildirib.

 

Mərasimdə Ali Hərbi Dənizçilik Məktəbinin tarixinə dair film nümayiş olunub.

 

Sonda məktəbin hərbi xidmətdə fərqlənən hərbi qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR