Masallıda maskalılar ər-arvadı döyərək qarət ediblər

Masallıda maskalılar ər-arvadı döyərək qarət ediblər
19:22 25 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda maskalı şəxslər evə basqın ediblər. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində baş verib.

Üç nəfər maskalı şəxs qəsəbə sakini, 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onlardan pul tələb ediblər. Maskalılar evdəki uşaqların da əl-qolunu, ağzını bağlayıb, onlara fiziki güc tətbiq ediblər. Onlar ev sahibəsinin qızıl boyunbağısını, üzüyünü, 2 mobil telefonu və daha bir neçə qiymətli əşyanı qarət edərək, aradan çıxıblar.

İlqar Məmmədov və həyat yoldaşı Qərənfil Məmmədova Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilmiş xəstələrin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisə törədənlərin yaxalanması istiqamətində zəruri istintaq-axtarış tədbirləri görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR