Azərbaycanda evə basqın edildi

Azərbaycanda evə basqın edildi
19:31 25 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda maskalı şəxslər gecə saatlarında evə basqın ediblər.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanvarın 23-ündən 24-ünə keçən gecə saat 03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində Məmmədovlar ailəsinə edilən basqın zamanı ev sahiblərindən pul tələb ediblər.

Hadisə zamanı maskalı şəxslər 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Evdə olan 3 uşaq isə qorxub.

İlqar Məmmmədovun qardaşı Allahbaxış Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, basqın edən maskalı şəxslər evdən qızıl, mobil telefonlar və qiymətli əşyalar aparıblar.

Basqın edən şəxlərin 3 nəfər olduğunu deyən Allahbaxış Məmmədov qardaşı və həyat yoldaşının ağır vəziyyətdə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığını bildirdi. Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilmiş xəstələrin vəziyyəti ağırdır.

Basqın faktı ilə bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Mənbə
ANS PRESS: Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR