Həbsxanaya qəndin içində heroin keçirilməsinin qarşısı alınıb - FOTO

Həbsxanaya qəndin içində heroin keçirilməsinin qarşısı alınıb - FOTO
19:47 25 Yanvar 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 19:40 ]


Bakı-APA. Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.   

 

APA-nın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi çəkisi 2,14 qram olan heroin aşkar edilərək götürülüb.

 

 

Fakt  üzrə araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR