BMW Z3-ə kosmik görkəm verildi - VİDEO - FOTO

BMW Z3-ə kosmik görkəm verildi - VİDEO - FOTO
19:47 25 Yanvar 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

BMW Z3 kifayət qədər “qanışirin” rodsterdir və onun heç zaman İngiltərədən olan bu sportkar kimi tündxasiyyət görkəmi olmayıb.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, onun adı Cosmotron-dur və Pol Bekon adlı şəxs tərəfindən 18 aya ərsəyə gətirilib.
 
“60-cı illərdə Amerikada buna bənzər bir neçə avtomobil olub. Mən uşaq olanda deyirdilər ki, 2000-ci ildə bütün maşınlar bu cür olacaq. Təəssüf ki, bu baş vermədi və mən bundan son dərəcə məyusam”, - deyə Bekon öz keçmiş təəssüratlarını bölüşür.
 
Belə olduqda Qərbi Lesterin 41 yaşlı sakini özünə söz verir və 1960-cı illərin kosmos erasının həddən artıq optimist konstruksiyaları əsasında futurist avtomobil hazırlayır.
 
Cosmotron nəinki istismara yararlıdır, hətta ümumi istifadə yollarında istifadə edilməsi üçün icazəsi də var və vergi də verir. Bir neçə il ona sahiblik etdikdən sonra Bekon maşını başqa bir avtomobil həvəskarına satıb.
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/320574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR