İlqar Qurbanovdan Vaqif Cavadova məsləhət

İlqar Qurbanovdan Vaqif Cavadova məsləhət
20:07 25 Yanvar 2015
130 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə mətbuatı Vaqif Cavadovla bağlı maraqlı məlumat yayıb. Fanat.az хəbər verir ki, həmkarlarımız hücumçunun "Boluspor"a keçməzdən əvvəl İlqar Qurbanovdan məsləhət aldığını iddia edib.


Deyilənə görə, İlqarın dayısı oğlu olan Vaqif müqavilə bağlamazdan əvvəl Bolunun necə yer olmasını soruşub. Qurbanov isə qohumuna bu sözləri deyib: "Boluspor" oynanıla biləcək komandadı. Şəhərə uyğunlaşa bilərsən. Əhalisi futbolçuları tez qəbul edir. Komandaya hər zaman dəstək olan azarkeşləri var. Sənin ora qısa zamanda uyğunlaşacağını düşünərm. Tərəddüd etmədən Boluya, "Boluspor"a gedə bilərsən".


Qeyd edək ki, İlqar Qurbanov 2008-2009-cu illərdə "Boluspor"da oynayıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lqar-qurbanovdan-vaqif-cavadova-mslht-t17782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR