SOS: Hər il milyonlarla adam bundan ölür!

SOS: Hər il milyonlarla adam bundan ölür!
20:12 25 Yanvar 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, hər il dünyada 70 yaşından aşağı 16 milyon insan qeyri-yoluxucu xəstəliklər səbəbi ilə vaxtsız dünyasını dəyişir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu xəstəliklər dünyada ölüm hallarının 63 faizini təşkil edir. Təşkilatın hesabatında deyilir ki, milyonlarla insanın əsas ölüm səbəbi ürək, ağ ciyər xəstəlikləri, iflic, xərçəng və diabetdir.

Ümumdünya Səhiyyə Təşkilatı tütün, spirtli işçilər, qeyri-sağlam pəhriz və fiziki fəaliyyətsizliyi əsas faktor kimi göstərir. Həyat tərzini dəyişməklə vaxtsız ölümlərə mane olmaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ildə qlobal hərəkət planı təsdiq edib. Plan vaxtsız ölümlərə mane olunması məqsədi daşıyır. Sənəddə 2025-ci ilədək ölüm hallarının azaldılması qarşıya məqsəd qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatı çox az investisiya yolu ilə xəstəliklər və ölüm hallarının qarşısının alına biləcəyini bildirir. Ölüm və xəstəliklərin qarşısını almaq üçün qlobal illik xərc 11.2 milyard dollar təşkil edir. Əks təqdirdə 2011-2025-ci illər arasında veriləcək itki 7 trilyon olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR