“Bakı 2015”-in ilkin dinləmələri keçirildi (VİDEO)

“Bakı 2015”-in ilkin dinləmələri keçirildi (VİDEO)
20:21 25 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

“Bakı 2015” Avropa oyunlarında çıxış edəcək iştirakçıların bu gün dinləmələri keçirilib.

ANS TV-nin məlumatına görə, “Bakı 2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcək çıxışçıların seçimlərinə start verilib. Avropa Oyunlarının açılış mərasimində təşkilatçı şəhərin müasir Avropada oynadığı rolu əks etdirən ənənəvi Azərbaycan mədəniyyəti qeyd olunacaq.

“Bakı 2015”in mərasimlər komandası ölkəmizi yeni tikilən milli stadionda təmsil etmək həvəsinə və arzusuna malik olan 16 yaş və 16 yaşdan yuxarı könüllü iştirakçıları işə cəlb edəcək.

Eyni zamanda oyunlarda yarışacaq idmançılar təntənəli şəkildə salamlanacaq. Könüllülərin qatıldığı dinləmələrdə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar duet ortaqları iştirakçılara iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətindən danışdılar. Onlar könüllüləri oyunlar ərəfəsində fəal olmağa çağırdılar.

“Bakı 2015”in ulduz elçisi Eldar Qasımovun sözlərinə görə, artıq biz işə başlamışıq.

"Biz hamıya uğurla arzu edirik. Çox istərdik ki, hamı gəlib bizə qoşulsun. Hamımız birlikdə bu oyunlarda iştirak edək” – deyə “Bakı 2015”in ulduz elçisi Nigar Camal bildirib.

Açılış və bağlanış mərasimlərini hazırlayan “Five Currents” şirkətinin baş prodüsseri cənab Tom Bisinyano deyir ki, Azərbaycan haqqında yeni fikir yaratmaq üçün könullulərin komandamıza qoşulmasına ehtiyacımız var.

“Açılış mərasimi 12 iyunda, bağlanış mərasimi isə 28 iyun tarixində baş tutacaq. Bu müddətdə bizə 5-6 min nəfərə yaxın könüllü lazım olacaq” – deyə “Five Currents” şirkətinin baş prodüsseri Tom Bisinyano bildirib.

“Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya idman növü 4-ü isə qeyri-olimpiya idman növü olacaq.

Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəkləri gözlənilir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR