“Qəbələ” klubu 2014/15 mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib.
ANS PRESS klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” heyətini Rəşad Sadiqovla gücləndirib. Bu gün 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib.
R.Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.
Qeyd edək ki, R.Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.