“Qanlı Yanvar” Türkiyə telekanallarında (VİDEO)

“Qanlı Yanvar” Türkiyə telekanallarında (VİDEO)
21:11 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafayevin Azərbaycan tarixinin 20 Yanvar həqiqətlərini açan “Qanli Yanvar” filmi bir neçə gündür ki, təqdim olununub. Amma buna baxmayaraq film artıq ölkə sərhədlərini keçməyi bacardı.

ANS TV-nin məlumatına görə, rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi artıq beynəlxalq aləmə də addım atmağa başlayıb. Türkiyənin “Şou tv” telekanali filmə böyük maraq göstərib. Telekanalda hər bazar günü yayImlanan “Bazar sürprizi” verilişinin sonuncu buraxılışında “Qanlı Yanvar”ın təqdimat mərasimindən xüsusi reportaj hazırlanıb.

“Qanlı Yanvar” 20 Yanvar hadisələrini bədii formada əks etdirən yeganə filmdir. Elə buna görə də filmə maraq nəinki, ölkədə hətta onun hüdudlarindan kənarda da böyükdür. “Qanlı Yanvar” Azərbaycan xalqının azadlığa gedən yolunu əks etdirir. Elə ekran işinin əsas mərami da 90-ci illərin acı həqiqətlərini, xalqımızın azadlıq mübarizəsini dünyaya çatdırmaqdır.

Filmin təqdimatı 19 yanvarda Nizami kino mərkəzində baş tutub. Ümumxalq nümayişi isə 20 yanvar tarixində, ölkənin paytaxt Bakı da daxil olmaqla 11 kinoteatrında nümayiş olunur.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR