“Castrol”, “Continental” və “Johnson & Johnson” kompaniyaları FİFA ilə əməkdaşlığa son qoyub

“Castrol”, “Continental” və “Johnson & Johnson” kompaniyaları FİFA ilə əməkdaşlığa son qoyub
21:38 25 Yanvar 2015
279 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
Beynəlxalq Futbol Federasiyasının (FİFA) iri sponsorları assosiasiya ilə əlaqələrini kəsməkdə davam edirlər. Bu ərəfədə üç qlobal korporasiya FİFA-nı dəstəkləməkdən imtina etdiklərini bildirib. Bunlar “Castrol”, “Continental” və “Johnson & Johnson” kompaniyalarıdır.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, bir qədər əvvəl “Sony” və “Emirates” kompaniyaları da təşkilatla əməkdaşlığa son qoyub. Onlardan heç biri bu addımın konkret səbəbini açıqlamayıb.
Qeyd edək ki, adları qeyd olunan kompaniyalar FİFA-ya hər dörd ildən bir 1,5 milyard dollardan çox vəsait ayırırdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Castrol_Continental_ve_Johnson__amp_Johnson_kompaniyalari_FIFA_ile_emekdasliga_son_qoyub-827413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR