Obama və Olland başsağlığı vermək üçün Ərəbistana gedir (VİDEO)

Obama və Olland başsağlığı vermək üçün Ərəbistana gedir (VİDEO)
21:46 25 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbstanının 90 yaşlı kralı öldü. Dünyanın bir çox ölkələrindən liderlər kral ailəsinə başsağlığı vermək üçün yollarını Ər-Riyaddan saldı. Artıq kralın ölüm xəbəri yayılar-yayılmaz yeni hakimin kimliyi də bəlli idi. Son məlumatlara görə, hüzür mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlar prezidenti də Səudiyyə Ərəbistanının yolunu tutub.

ANS TV-nin məlumatına görə, kral Abdullanın ölümü ilə bağlı yerində başsağlığı vermək üçün, Səudiyyə Ərəbstanına əksər ölkələrin liderləri və rəsmilər gəlib. Kralın ölümündən sonra onun taxtına Abdullanın kiçik qardaşlarından biri 79 yaşlı Salman ibn Əbdül Əziz as-Saud çıxıb. Ondan sonra isə hakimiyyətə 69 yaşlı şahzadə Makrinin gələcəyi bildirilir. Siyasi analitiklər qeyd edir ki, dövlət başçıları və hökümət nümayəndələri, ölkəyə təkcə monarx ailəsinə baş sağlığı vermək üçün deyil, həmçinin yeni Səudiyyə kralı və onun varisilə tanış olmağa gəlir. Yeni kral elan olunmuş Salmanın səhhətində problemlər olduğundan, yaxın gələcəkdə məhz onun oğlunun taxta gələcəyi istisna edilmir.

ABŞ prezidenti Barak Obama yeni kralla tanışlıq üçün yanvarın 27-də Səudiyyə Ərəbstanına gələcək. ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Fransanın prezidenti Fransua Olland isə artıq Ər-Riyadda səfər edərək, kral ailəsinə xalqı adından baş sağlığı mesajını çatdırıb.

Kral Abdullanın ölümü ilə bağlı əksər ərəb ölkələrində matəm elan edilib. İordaniya və Bəhreyndə matəm 40 gün, Misirdə 1 həftə, Mərakeş və Tunisdə 3 gün davam edəcək.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR