Ayaq formalı turp görənlərin böyük təəccübünə səbəb olub

Ayaq formalı turp görənlərin böyük təəccübünə səbəb olub
21:48 25 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
Yaponiyada yaşayan kəndçi Yukihiro İkeuchinin əkin sahəsində yetişən ayaq formalı turp görənlərin böyük təəccübünə səbəb olub.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, beş barmaqdan ibarət ayaq şəklindəki turp 1,5 kiloqram ağırlığında və 30 santimetr uzunluğundadır. İkeuchi turpun ölçüsünün 47 nömrəli ayaqqabıya bərabər olduğunu bildirib.
Belə qeyri-adi bir tərəvəzi hər kəsə göstərmək istəyən kəndçi turpu nümayiş etdirilməsi üçün əkinçilik muzeyinə təhvil verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ayaq_formali_turp_gorenlerin_boyuk_teeccubune_sebeb_olub-827414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR